“Maliyyə feyr-pleyi qaydalarına görə, futbolçu satmalıyıq”

“Nyukasl”ın çalışdırıcısı Eddi Hou hücumçu Allan Sen-Maksimenin komandadan ayrıldığı haqda yayılan xəbəri təsdiqləyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, maliyyə feyr-pleyi qaydalarına görə, oyunçu satmalı olduqlarını deyib:

“Maliyyə feyr-pleyi qaydalarına görə, futbolçu satmalıyıq. Əks halda, transfer pəncərəsində çətin vəziyyətə düşəcəyik. Sen-Maksimeni itirmək istəmirdim, lakin onun komandamızı tərk etmək ehtimalı yüksəkdir. Bəzən inkişaf üçün belə şeylər baş verməlidir”.

26 yaşlı fransalı futbolçu 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla “sağsağanlar”ın heyətində 31 oyuna çıxıb, bir qol vurub və beş məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button