Maldini “Milan”dan niyə ayrılıb? – Açıqlama

“Milan”ın baş direktoru Corco Furlani Paolo Maldininin klubdan qovulmasına münasibət bildirib.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, o, italiyalı funksionerlə hansı səbəbdən yollarını ayırdıqlarını açıqlayıb:

“Öncə ona təşəkkür etmək və son illərdə klubun inkişafına dəstək olduğu üçün “Milan”da çalışan hər kəsə minnətdarlığımı bildirmək istəyirəm. Maldini bütün zamanların ən yaxşı oyunçularından biri olub. O, 19-cu İtaliya çempionluğunu qazanmağımızda mühüm rol oynayıb. Klubu tərk etdiyi üçün təəssüflənirik.

Hər zaman inkişaf etmək üçün ən uyğun strategiyaları və iş modellərini nəzərdən keçiririk. Buna səbəb “Milan”ın rəqiblərlə rəqabət aparması və irəliləməsi üçündür. Bizim üçün futbol həmişə birinci pillədə olub və bu, belə də davam edəcək. Məhz bu səbəbdən, yeni simaların klubda yer alması haqda qərar verdik”.

Xatırladaq ki, Maldininin klubun İdarə Heyətinin üzvlərindən biri ilə mübahisə etdiyi üçün qovulduğu bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button