“Məqsədimiz Bakıdan uğurlu nəticə ilə ayrılmaqdır”

Futbol üzrə Estoniya yığmasının hücumçusu Henri Anier Azərbaycan millisinə qarşı keçiriləcək AÇ-2024-ün seçmə mərhələ oyunundan öncə mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, 33 yaşlı futbolçu iyunun 17-də “Dalğa Arena”da baş tutacaq qarşılaşma öncəsi bunları söyləyib:

“Azərbaycanla oyunda qələbə qazanmaq istəyirik. Meydana qələbə üçün çıxacağıq. İlk gündən hər şey yaxşıdır. Əhval-ruhiyyəmiz qaydasındadır. Çətin oyun olacaq. Ancaq məqsədimiz uğurlu nəticə ilə buradan ayrılmaqdır. Matça iki istiqamətdə hazırlaşmışıq. İlk istiqamət öz oyun planımızdır. Həmçinin, rəqibi təhlil etmişik, zəif cəhətlərini öyrənmişik. Azərbaycan yığması güclü komandadır. Buna baxmayaraq, yaranacaq boşluqlardan yararlanmağa çalışacağıq. Millinin bir çox oyunçuları yoxdur. Buna baxmayaraq, yaxşı hazırlaşmışıq. Birgə çalışmalı, ölkəmizi yaxşı təmsil etməliyik. Sabah göstərməliyik ki, həm qol vura, həm də qələbə qazana bilirik. Düşünürəm ki, oyuna hazırıq, özümüzü yaxşı hiss edirik. Səbirsizliklə matçı gözləyirik. Həm mən, həm də bütün komanda hazırdır. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button