“Mən futbol qulduru kimi doğulmuşam” – Mourinyo

“Roma”nın baş məşqçisi Joze Mourinyo “Udineze” üzərində qələbədən (3:1) sonra komandasının perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bütün uğur və uğursuzluqların komandaya təsir etdiyini söyləyib:

“Roma” demək olar ki, Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqəyə zəmanət qazanıb. Mövsüm üçün planlarımız dəyişirmi? Xeyr, çünki komandamızın gücünə hələ də əmin deyiləm. Uğurlarımız və uğursuzluqlarımız hələ də bizə təsir edir. Bəzən bu, xoşagəlməz sürprizlər gətirir.

Sən quldur olmursan, quldur kimi doğulursan. Mən futbol qulduru kimi doğulmuşam və bunu oyunçularıma çatdırmağa çalışıram. Görək, bu işə yarayacaqmı?”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button