“Mən bu matçları səbirsizliklə gözləyirəm” – Noyer

“Bayern”in qapıçısı Manuel Noyer Çempionlar Liqasının 2022/2023-cü il mövsümünün qrup mərhələsinin püşkatmasının nəticələri barədə danışıb.

Komanda.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan almaniyalı qolkiper, qrup oyunlarını səbirsizliklə gözlədiyini deyib:

“Barselona” və “İnter” qrup mərhələsində parlaq rəqiblərdir: iki super klub, iki super stadion… “Viktoriya”nı da qiymətləndirməmək olmaz. Mən bu qrupdakı matçları səbirsizliklə gözləyirəm. Məqsədimiz qrupdan çıxmaqdır.

Robert Levandovski ilə belə tezliklə görüşə biləcəyimiz çox xoşdur”.

“Bayern” “Barselona”, “İnter” və “Viktoriya” (Plzen) ilə eyni qrupda yer alıb.

Xatırladaq ki, yay transfer pəncərəsində polşalı hücumçu Robert Levandovski “Bayern”dən “Barselona”ya keçib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button