“Mən hiss etmirəm ki, mövqeyim təhlükə altındadır” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi postundan istefaya göndəriləcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bu məlumatları təkzib edib: 

“Mən hiss etmirəm ki, mövqeyim təhlükə altındadır. Mən xoşbəxtəm, klub prezidentinin və Dekunun etimadına sahibəm. Əminəm ki, bu mövsüm çox yaxşı keçəcək. Komanda bir az pis oynayır, ona görə də, gözlənilən nəticəni göstərmirik. Biz daha sabit oynamalıyıq. Çox şeyi təkmilləşdirmək lazımdır. Çox yaxşı işlər görmüşük, indi oyunu yaxşılaşdırmalıyıq. Bu yolla bizə yaxşı nəticələr gələcək”.

“Barselona” 15 turdan sonra İspaniya çempionatının turnir cədvəlində 34 xalla 3-cü pillədə qərarlaşıb. Kataloniya klubu lider “Real”dan 4 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button