
Lukaku İtaliyanın başqa klubuna keçə bilər
“Napoli”nin hücumçusu Romelu Lukakunun bu yay komandadan ayrılma ehtimalı yüksəkdir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçu karyerasını “Milan”da davam etdirə bilər. Milan klubunun da forvard üçün yaxın zamanda təklif verməyi planlaşdırdığı bildirilir.
Lukaku 2024-cü ildə, 30 milyon avroya “Çelsi”dən “Napoli”yə transfer olunub. Onun klubla müqaviləsinin müddəti 30 iyun 2027-ci ilə qədərdir. 32 yaşlı futbolçu bu mövsüm “Napoli”də bütün turnirlərdə 7 oyuna çıxaraq, 1 qol vurub. “Transfermarkt” hücumçunun bazar dəyərini 12 milyon avro olaraq göstərir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



