“Liverpul”un kapitanı Avropa Super Liqasına qarşıdır

“Liverpul”un futbolçusu Ceyms Milner yeni yaradılan Avropa Super Liqası haqda fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Milner, komandanın kapitanı olaraq, Avropa Super Liqasına qarşı olduğunu deyib:

“Mən bu fikri bəyənmədim. Ümid edirəm ki, olmaz. Biz də digər futbolçular kimi bu turnir haqda dünən gecə öyrəndik. Çox suallar verirlər. Biz peşəkarıq, işimizi görməyə davam edirik. Məsələ ilə bağlı futbolçuların heç bir söz haqqı yoxdur”.

Avropanın 12 klubu yeni Super Liqanın yaradıldığını bəyan edib. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button