“Liverpul”un 2 futbolçusu AÇ-2020-ni buraxa bilər

“Liverpul”un futbolçuları Vircil Van Dayk və Co Qomes zədə səbəbindən AÇ-2020-ni buraxa bilər.

Komanda.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin baş məşqçisi Yurgen Klopp “Sky Sports”a açıqlamasında deyib:

“Məndə olan məlumata görə, Van Dayk və Qomesin AÇ-2020-də iştirakı mümkün deyil. Lakin hər şey ola bilər. Ümid edirəm ki, yeni mövsümün hazırlığında bizimlə olacaqlar”.

Van Dayk Niderland yığmasının, Qomes isə İngiltərə milli komandasının üzvüdür. Dayk ötən ilin oktyabrında, Qomes isə noyabrında zədələnib.

AÇ-2020 keçən ilin yayında keçirilməli olsa da, pandemiya səbəbiylə təxirə salındı. Turnirin bu ilin 11 iyun-11 iyul aralığında 12 müxtəlif şəhərdə keçirilməsi planlaşdırılır. Bu şəhərlər arasında Bakı da var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button