“Liverpul”a keçməkdən imtina etdi – “Barselona”ya görə

“Lids”in hücumçusu Rapinya karyerasını “Barselona”da davam etdirmək üçün “Liverpul”a keçməkdən imtina edib.

Komanda.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb. Xəbərdə bildirilir ki, 25 yaşlı futbolçunun nümayəndələri bu həftə “Barselona”nın direktoru Mateu Alemani ilə görüşərək, müqaviləni müzakirə edəcəklər.

Rapinyanın “Barselona”da oynamaq üçün “Liverpul”dan başqa, digər klublardan da imtina etdiyi bildirilir.

Braziliyalı futbolçu ötən mövsüm “Lids”in heyətində bütün turnirlərdə 36 oyuna çıxıb, 11 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button