Salahın əvəzinə “Lids”in hücumçusu

İngiltərənin “Liverpul” klubunun yeni transfer hədəfi müəyyənləşib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Mersisayd klubu “Lids”dən Rafinyanı heyətinə qatmaq niyyətindədir. 24 yaşlı hücumçunun xidmətində maraqlı olan son çempion onu yay transfer dövründə transfer etmək istəyir. Məlumata görə, “Liverpul” Rafinyanı komandadakı gələcəyi müzakirə edilən Məhəmməd Salahın əvəzləyicisi olaraq görür.

Rafinyanın “Lids”lə müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button