“Liverpul” onu vaxtından əvvəl geri qaytardı

“Liverpul” Almaniyanın “Leypsiq” klubuna icarəyə verdiyi Fabio Karvalyonu vaxtından əvvəl geri qaytarıb.

Komanda.az xəbər verir ki, bu haqda İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Portuqal yarımmüdafiəçi bu mövsümün əvvəlində Almaniya təmsilçisinə icarəyə verilmişdi. İcarə müqaviləsinin vaxtı 2024-cü ilin yayına qədər idi.

21 yaşlı futbolçu “Leypsiq”də bütün turnirlərdə 15 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button