Mane “Kristal Pelas”ı sevir

“Liverpul” İngiltərə Premyer Liqasının 5-ci turunda “Kristal Pelas”ı 3:0 hesabıyla məğlub edib.

Komanda.az xəbər verir ki, sözügedən qarşılaşmada Mersisayd təmsilçisinin birinci qolunu vuran Sadio Mane rekorda imza atıb. Belə ki, Mane “Kristal Pelas”a qarşı keçirdiyi son 9 matçda qol vurmağı bacarıb. Seneqallı hücumçu bir komandaya ardıcıl 9 oyunda qol vuran ilk futbolçu olub.

Mane bundan başqa, “Liverpul”da vurduğu qolların sayını 100-ə çatdırıb.