“Lion” yeni idman direktoru təyin etdi – Qarşısına tələb qoydu

Fransa Liqa 1-in autsayderi “Lion” yeni idman direktoru təyin edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Lion”un yeni idman direktoru David Frio olub.

Fransa klubunun rəhbərliyi dərhal yeni idman direktorunun qarşısına tələb qoyub. Frio qısa müddət ərzində komandanı böhrandan xilas edə biləcək baş məşqçi tapmalıdır. 

Əvvəllər 50 yaşlı funksioner “Marsel”in idman direktoru vəzifəsində çalışıb. Bundan əlavə, o, “Sent-Etyen”, “Mançester Yunayted” və “Nottingem Forest”də skautluq edib.

Bu yaxınlarda Fabio Qrossonun “Lion”un baş məşqçisi vəzifəsindən qovulduğu haqda xəbərlər yayılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button