“Lids”in “sükanı arxasına” keçməkdən imtina etdi

Argentinalı məşqçi Marselo Qalyardo İngiltərənin “Lids” komandasına rəhbərlik etməkdən imtina edib.

Komanda.az “The Times”-a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis bu qərarını mövsümün gedişində komandaya qoşulmağa hazır olmaması və futbolçuları sistemli şəkildə hazırlamağa vaxtı olmadığı üçün müsbət nəticəyə zəmanət verməməsi ilə əsaslandırıb.

İngiltərə klubu yeni baş məşqçi axtarışlarını davam etdirir və digər namizədləri nəzərdən keçirəcək.

Fevralın 6-da klub rəhbərliyi baş məşqçi Cessi Marşı istefaya göndərib.

“Lids” Premyer Liqada 21 matçdan sonra 19 xalla 17-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button