
Levandovski üçün görüş olacaq
“Barselona”nın hücumçusu Robert Levandovski karyerasını daha bir mövsüm klubunda davam etdirə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
37 yaşlı forvardın agenti Pini Zahavi yaxın günlərdə Kataloniya klubunun rəhbərliyi ilə görüş keçirəcək. Tərəflər əməkdaşlığın müddətinin uzadılması ehtimalını müzakirə edəcəklər.
Levandovskinin “Barselona” ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. Daha əvvəl onun “Yuventus” tərəfindən transfer olunmaq istənildiyi də bildirilmişdi.
Polşalı futbolçu cari mövsümdə 40 oyunda meydana çıxaraq, 17 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



