
“Levandovskini əvəz etmək demək olar ki, mümkün deyil”
“Barselona”nın idman direktoru Deku, Robert Levandovskinin gedişindən sonra Kataloniya klubunun hücum xəttinin gələcəyi barədə danışıb. 37 yaşlı futbolçu bu yay komandadan azad agent kimi ayrılacaq.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, polşalı forvardın yerinə uyğun oyunçu tapmağın çətin olacağını söyləyib:
“Bu, bir az kədərlidir, çünki Levandovskinin gedişi reallığa çevrilir. Onu əvəz etmək demək olar ki, mümkün deyil. O, son illərdə ən yaxşı hücumçu idi və onun “Barselona” üçün etdiklərini təkrarlamaq çox çətindir. Biz heç kimi komandadan kənarlaşdırmamışıq və hələ heç kimlə müqavilə bağlamamışıq”.
Levandovski “Barselona” ilə 3 La Liqa çempionluğu, 1 superkubok və 1 İspaniya kuboku qazanıb.
Bizi Facebook-da izləyin



