Adı “Barselona” ilə hallanan Levandovskidən açıqlama

“Bayern”in hücumçusu Robert Levandovski yayda Almaniya klubunu tərk etmək niyyətində olduğunu təsdiqləyib.

Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, o, hər iki tərəfi qane edən yol tapmalı olduqlarını deyib:

“Yeni müqavilə təklifi almamışam. İndi biz hər iki tərəfi qane edən həll yolu tapmalıyıq”.

Polşalı futbolçunun adı İspaniyanın “Barselona” klubu ilə hallanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button