“Layiqli qələbə qazandıq” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya kubokunun yarımfinal mərhələsinin “Barselona” ilə cavab matçından sonra (4:0) açıqlama verib.

Komanda.az “Football Espana”-ya istinadən xəbər verir ki, o, layiqli qələbə qazandıqlarını vurğulayıb:

“Mükəmməl oyun keçirdik və layiqli qələbə qazandıq. Fasilədən sonra hər şey daha çətin oldu. Müdafiədən hücuma doğru irəliləyən zaman rəqibə təhlükəli anlar yarada bildik. Həm hücumda, həm də müdafiədə səhvsiz oynadıq.

Kərim Benzema həmişə olduğu kimi, bu gün də çox soyuqqanlı idi”.

Xatırladaq ki, “kral klubu” iki oyunun nəticəsinə əsasən, Kataloniya təmsilçisini 4:1 hesabı ilə məğlub edib və adını finala yazdırıb. Həlledici mərhələdə onların rəqibi “Osasuna” olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button