Lakazett səs telindən əməliyyat olunacaq

“Lion”un hücumçusu Aleksandr Lakazett gələn həftə səs telindən əməliyyat olunacaq.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu bir neçə aydır ki, səs tellərindəki polipdən əziyyət çəkdiyindən, danışa bilmir. Lakazett milli komandaların oyunlarına görə yaranacaq fasilə zamanı səs tellərindəki kiçik çıxıntını çıxarmaq üçün əməliyyat olunacaq.

Futbolçunun əməliyyatı gələn həftənin ortalarına planlaşdırılıb.

Lakazett bu mövsüm Fransa Liqa 1-də 7 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button