
İsgəndərli məhsuldar ötürmə verdi, komandası avrokubokda mərhələ adladı
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi Kosovonun “Malişeva” komandası Konfrans Liqasında növbəti mərhələyə vəsiqə qazanıb.
Komanda.az xəbər verir ki, sözügedən komanda Albaniyanın “Vlajniya” komandası ilə ev oyununda 5:0 hesablı qələbəyə sevinib.
Səfərdəki ilk oyunda 1:2 hesabıyla uduzmuş Kosovo təmsilçisi növbəti raunda yüksəlib.
İsgəndərli cavab görüşünə start heyətdə başlayıb və 68-ci dəqiqədə əvəzlənib. O, 45+2-ci dəqiqədə vurduqları qolda məhsuldar ötürmə müəllifi olubsa, 46-cı dəqiqədə sarı vərəqə ilə diqqət mərkəzinə düşüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



