DÇ-2026: “Açığı, Deşamın komandasının qalib gələcəyini gözləyirdim”

“Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill, İspaniya millisinin dünya çempionatının yarımfinalında Fransa yığması üzərində 2:0 hesablı qələbəsini dəyərləndirib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, bunu deyib:

“İspaniya millisindən fantastik oyun! “La Roja”nın müdafiəçiləri fərqi yaratdı. Onlar Fransa yığmasının cinah oyunçularını mükəmməl şəkildə zərərsizləşdirdilər. Həmçinin, Luka Din Lamin Yamalın qarşısında böyük problemlər yaşadı. Açığı, Didye Deşamın komandasının qalib gələcəyini gözləyirdim, amma onlar məğlub oldu”.

İspaniya millisi bu qələbə sayəsində dünya çempionatının finalına yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button