La Liqada yanvarın ən yaxşısı “Atletik”li oldu

İspaniya La Liqasında yanvar ayının ən yaxşı futbolçusu məlum olub.

Komanda.az xəbər verir ki, ötən ayın ən yaxşı oyunçusu “Atletik”in hücumçusu İnyaki Uilyams seçilib. Bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb.

Uilyams yanvar ayında La Liqada iştirak etdiyi 4 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

24 yaşlı forvard bu mövsüm 25 qarşılaşmada 9 qol vurub.