La Liqada püşk atıldı: “El klasiko”ların vaxtı bilindi

İspaniya La Liqasında 2019/20 mövsümünün ilk turunun təqvimi məlum olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, yerli çempionatda yeni mövsümə avqustun 18-də start veriləcək.

Son çempion “Barselona” ilk turda “Atletik” səfərinə yollanacaq. “Real” “Selta”, “Atletiko” isə “Xetafe” ilə qarşılaşacaq.

“Barselona” və “Real” arasındakı matçların da vaxtı müəyyənləşib. İlk “el klasiko” oktyabrın 27-i “Kamp Nou”da , ikincisi isə martın 1-i “Santyaqo Bernabeu”da oynanılacaq.

İspaniya La Liqası, 1-ci tur

Selta – Real
Malyorka – Eybar
Atletiko – Xetafe
Espanyol – Sevilya
Alaves – Levante
Valensiya – Real Sosyedad
Betis – Valyadolid
Leqanes – Osasuna
Atletik – Barselona
Vilyarreal – Qranada

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button