“Barselona” “Vilyarreal”ın futbolçusunu istəyir

“Vilyarreal”ın yarımmüdafiəçisi Karlos Baena bu mövsümün sonunda komandadan ayrıla bilər. 

Komanda.az “Todofichajes” portalına istinadən xəbər verir ki, İspaniya nəhəngi “Barselona” futbolçunu transfer etməkdə maraqlıdır.

Baenanın potensial transferi 60 milyon avro olaraq qiymətləndirilir. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin ortalarına qədər nəzərdə tutulub. 

22 yaşlı yarımmüdafiəçi cari mövsümdə 31 oyuna çıxıb, 2 qol vurub, 12 məhsuldar ötürmə edib.

“Barselona” La Liqada üçüncü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button