Kurtuadan “Atletiko” azarkeşlərinə: Başıma nəsə atmaq istəyirlərsə…

“Real”ın qolkiperi Tibo Kurtua La Liqanın 23-cü turu çərçivəsində “Atletiko”yla qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Kurtua İspaniya mətbuatına açıqlamasında bir müddət “Atletiko”da oynamasına baxmayaraq, həmişə “Real” azarkeşi olduğunu deyib:

“Atletiko” azarkeşləri başıma nəsə atmaq istəyirlərsə, problem yoxdu. Vecimə deyil. Bu onları xoşbəxt edəcəksə, istədiklərini etsinlər. Bu, mənə təsir etməz, hətta daha çox oyuna köklənərəm.

Gənc olduğum vaxtda “Atletiko”ya getmək yaxşı seçim idi. Orda yaxşı 3 il keçirdim. Ancaq zaman dəyişdi. Yeni macəra yaşayıram. Həmişə İker Kasilyas və “Real” azarkeşi olmuşam”.

2011-2014-cü illər aralığında “Atletiko”da forma geyinən Kurtua, daha sonra “Çelsi”yə keçib. Belçikalı qolkiper 2018-cü ilin yayında “Real”a transfer edilib.

“Atletiko” – “Real” matçı fevralın 9-da keçiriləcək və saat 19:15-də start götürəcək.