Kubok: “Neftçi” – “Sabah” matçının biletləri satışa çıxarılıb

“Neftçi” və “Sabah” arasında keçiriləcək Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk matçının biletləri bu gün satışa çıxarılıb.

“Ağa-qaralar”ın mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5, 15 və 20 manatdır.

Biletlər “iticket.az” saytı və qarşılaşmanın keçiriləcəyi “Neftçi Arena”nın kassalarında satılacaq. “Neftçi” – “Sabah” görüşü aprelin 2-də, saat 19:30-da başlayacaq.

Yarımfinal mərhələsinin digər cütünü “Qarabağ”la “Araz-Naxçıvan” formalaşdırıb. Bu komandalar arasında ilk oyun aprelin 2-də, saat 17:00-da “Liv Bona Dea Arena”da baş tutacaq.

Cavab qarşılaşmaları aprelin 23-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button