“Matçdan sonra Ançelotti bizə yalan danışdığını söylədi” – Kroos

“Real”ın yarımmüdafiəçisi Toni Kroos baş məşqçi Karlo Ançelottinin komandanı necə motivasiya etməyi haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, italiyalı mütəxəssisin komandanı necə aldatmasını şərh edib:

“Malyorka” ilə son oyundan əvvəl Ançelotti bizə dedi: “Qələbə qazansaq, çempion olacağıq.” Matçdan sonra o, bizə yalan danışdığını söylədi: “Mən sizi aldatdım, gələn həftə qalib gəlsək, onda hər şey bitəcək”.

“Real” hazırda İspaniya çempionatının turnir cədvəlində birinci yerdədir. La Liqanın növbəti matçında Ançelottinin yetirmələri “Real Sosyedad”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button