Daha bir ölkədə çempionatın bərpa vaxtı açıqlandı

Koronavirus pandemiyasına görə təxirə salınan Gürcüstan çempionatının bərpa tarixi məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Futbol üzrə Gürcüstan çempionatı iyunun 25-dən bərpa olunacaq.

Çempionatın başlanğıcına qədər futbolçular və məşqçilər korpusu iki dəfə koronavirus testindən keçəcək.

Gürcüstan çempionatı koronavirus pandemiyasına görə martda, 2-ci turdan təxirə salınmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button