“Sumqayıt”da da məşqlər ləğv olundu

Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədiylə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Komanda.az xəbər verir ki, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədiylə “Sumqayıt” Futbol Akademiyası və “Sumqayıt” Futzal Məktəbinin bütün məşqləri martın 10-dək ləğv olunub.

Bundan əvvəl “Zirə”, “Neftçi” və “Qarabağ” klublarının futbol akademiyalarında bütün komandaların məşqləri dayandırılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button