“Qarabağ” Konfrans Liqasının pley-offunda!

Bu gün Konfrans Liqasında 3-cü mərhələnin cavab oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” da növbəti matçına çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv doğma meydanda Kiprin AEL komandasını qəbul edib.

Komandalar arasında Kiprdə baş tutan ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab görüşündə minimal hesabla qalib gələn Ağdam təmsilçisi pley-offa vəsiqə qazanıb.

“Qarabağ” pley-pff mərhələsində “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) oyununun qalibi ilə qarşılaşacaq. Tərəflər arasındakı ilk matçda şotlandlar 3:2 hesablı qələbə qazanıb.

Konfrans Liqası, 3-cü mərhələ, cavab oyunu

12 avqust

Qarabağ – AEL (Kipr) 1:0
Qol: K.Malinovski, 87.
Baş hakim:
Kristo Tover (Estoniya)
İlk oyun – 1:1

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 19. Filip Ozobiç, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Panadero Samora, 18. İsmayıl İbrahimli, 20. Kadi Malinovski, 22. Musa Qurbanlı, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.
AEL: 1. Vozinya, 4. Andre Teyşeyra, 6. Slobodan Medoyeviç, 8. Davor Zdravkovski, 12. Stefan Sçepoviç, 13. Bruno Santos, 16. Manuel Torres, 17. Euller, 20. Sito Riera, 27. Robert Mazan, 44. Kire Ristevski.
Ehtiyat oyunçular: 30. Antreas Keravnos, 98. Panayotis Kiriaku, 5. Tiyn Daverveld, 10. Franko Mazurek, 11. Alastair Reynolds, 15. Stilianos Panteli, 23. Vasilios Papafotis, 28. Kostas Soteriu, 50. Andriya Maydevaç, 73. Brian Pele, 77. Matko Babiç.
Baş məşqçi: Duşan Kerkez.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button