Konfrans Liqası: Həftənin ən yaxşı futbolçusu açıqlandı

İtaliyanın “Roma” və Niderlandın “Feyenoord” komandaları arasında keçirilmiş Avropa Konfrans Liqasının final matçından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb.

Komanda.az xəbər verir ki, azarkeşlərin səsverməsinə əsasən, bu ada “Roma”nın müdafiəçisi Kris Smollinq layiq görülüb.

Rəqibini 1:0 hesabı ilə məğlub edən İtaliya təmsilçisi turnirin qalibi olub. “Canavarlar”ın yeganə qolunu Nikolo Zaniolo vurub. Smollinq isə müdafiədəki etibarlı oyunu ilə komandasının qələbəsində əsas pay sahiblərindən biri olub.

Xatırladaq ki, həftənin ən yaxşı oyunçusu adına “Roma”nın qapıçısı Rui Patrisio, yarımmüdafiəçisi Nikola Zaniolo və “Feyenoord”dan Orkun Kökçü də iddialı idi.