“Yuventus” 2 futbolçunun “hə”sini alıb – ABŞ-a aparacaq

“Yuventus” PSJ və “Portu” ilə razılıq əldə edərək, Randal Kolo-Muani ilə Fransisko Konseysaonun icarə müddətini uzadıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu müqavilə ABŞ-da keçiriləcək Klublararası dünya çempionatının (15 iyun-13 iyul) müddətini əhatə edir.

26 yaşlı fransalı hücumçu Kolo-Muani son mövsümdə A Seriyasında “Yuventus”un heyətində 16 oyunda iştirak edib, 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

22 yaşlı portuqaliyalı yarımmüdafiəçi Konseysao isə keçirdiyi 26 matçda 3 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib.

Bu qərar “Yuventus”un Klublararası dünya çempionatında güclü heyətlə iştirakını təmin etmək məqsədi daşıyır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button