“Yaxşı təkliflər var idi, amma…” – Feliks

İspaniyanın “Atletiko” klubunun futbolçusu Joao Feliks açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 20 yaşlı futbolçu, Madrid klubuna transferi haqqında danışıb:

“Atletiko”da çox xoşbəxtəm. Hər bir futbolçu dünyanın ən yaxşı komandasında çıxış etmək istəyər, “Atletiko” da belə klublardan biridir. Kluba transfer olunarkən, yaxşı təkliflər var idi, amma sonda “Atletiko”nu seçdim. Düşünürəm ki, inkişaf etmək üçün burda çox yaxşı şansım var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button