“Barselona”ya qarşı oynayırsızsa, heç vaxt favorit ola bilməzsiz” – Klopp

Çempionlar Liqasının yarımfinal mərhələsində “Barselona” ilə qarşılaşacaq “Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, katalonların stadionu olan “Kamp Nou” ilə bağlı danışıb:

“Kamp Nou” sadəcə bir stadiondur. O olduqca böyükdür, amma futbolun ibadət yeri deyil. Bu stadionda uğursuz çıxış edən komandalar da oldu. İndi biz orda oynamaq təcrübəsini qazanacağıq. Ümid edirəm ki, yaxşı oyun göstərərik”.

51 yaşlı mütəxəssis, “Barselona” ilə oyunlarda favorit olmadıqlarını deyib:

“Barselona”ya qarşı oynayırsızsa, heç vaxt favorit ola bilməzsiz. Bütün azarkeşlər üçün gözəl oyunların olacağını düşünürəm”.

“Barselona” – “Liverpul” oyunu sabah, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button