
Klopp: “Messinin dövrünə şahidlik etməyimiz çox gözəldir”
“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp, Argentina millisinin hücumçusu Lionel Messinin 2026-cı il dünya çempionatındakı çıxışını dəyərləndirib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis, Messinin oyununu izləməyin xüsusi zövq verdiyini bildirib:
“Messi? Onun oyununu izləmək möhtəşəmdir. Bəziləri deyir ki, Leo meydanda gəzir. Mən isə hesab edirəm ki, o, meydanı “skan” (meydanı oxuyur) edir. Düşünürəm ki, məsafələri ölçür. Messi hər an harada olmalı olduğunu dəqiq bilir. Onun dövrünə şahidlik etməyimiz çox gözəldir”.
39 yaşlı forvard dünya çempionatında Argentina millisinin heyətində iki oyuna çıxıb, 5 qol vurub və hazırda mundialın bombardirlər siyahısına başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



