Yüksək Liqada 14-cü turun oyun proqramı açıqlandı

Azərbaycan Yüksək Liqasında kişi voleybolçular arasında növbəti turun qarşılaşmaları keçiriləcək. 

Voleybol federasiyasından Komanda.az-a verilən məlumata görə 3-cü dövrə çərçivəsində keçiriləcək 14-cü turun matçları martın 29-da təşkil olunacaq.

Günün ilk qarşılaşması saat 15:00-da baş tutacaq. MOİK “Murov”la üz-üzə gələcək. Saat 17:00-da isə “Sərhədçi” – “Ekspress” görüşünə start veriləcək.

Görüşlər “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button