Keyn milli karyerasını bitirir?

İngiltərə millisinin hücumçusu Harri Keyn DÇ-2026-nın onun karyerasındakı son dünya çempionatı olub-olmayacağı ilə bağlı sualı cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu hələ bu barədə qərar vermədiyini bildirib:

“Bunu demək üçün hələ tezdir. Amma Lionel Messiyə baxın. Onun 39 yaşı var və hələ də ən yüksək səviyyədə çıxış edir. İngiltərə millisinin formasını geyinmək mənim üçün qürur və xoşbəxtlikdir. Dünyada ən çox sevdiyim iş də budur”.

Keyn DÇ-2026-da keçirdiyi 7 oyunda 6 qol vurub və 1 məhsuldar ötürmə verib. Bu, 33 yaşlı hücumçunun karyerasında üçüncü dünya çempionatı olub. O, daha əvvəl 2018-ci ildə Rusiyada və 2022-ci ildə Qətərdə keçirilən mundiallarda da İngiltərə millisinin formasını geyinib.

İngiltərə millisi DÇ-2026-nın yarımfinalında Argentina yığmasına məğlub olaraq (1:2), final şansını əldən verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button