“Messini canlı izləmək necə də xoşdur!” – keçmiş futbolçu

İngiltərə millisinin keçmiş futbolçusu Qari Lineker paylaşımı ilə diqqət çəkib.

Komanda.az xəbər verir ki, o, sosial şəbəkə hesabında DÇ-2022-də çıxış edən Argentina millisinin üzvü Lionel Messini tərifləyib:

“Messini canlı izləmək necə də xoşdur! Sürəti əvvəlki kimi olmasa da, yenə də çox yaxşı oynayır. O, komandaya sevinc gətirir”.

Argentina millisi C qrupunda üç oyundan sonra 6 xal toplayaraq, qrup lideri kimi DÇ-2022-nin pley-off mərhələsinə vəsiqə qazanıb. 4 xala malik Polşa yığması qrupu ikinci yerdə bitirib və adını 1/8 finala yazdırmağı bacarıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button