“Barselona”nın futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçə bilər

“Barselona”nın yarımmüdafiəçisi Mark Kasado yay transfer dövründə komandadan ayrıla bilər.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçunun gedişi kifayət qədər real görünür.

22 yaşlı yarımmüdafiəçi karyerasını Səudiyyə Ərəbistanı klublarından birində davam etdirmək variantını nəzərdən keçirir.

Kasado bu mövsüm bütün turnirlərdə 29 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə verib. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button