“Karvan-Yevlax”dan “İmişli” ilə matçda mükafat vədi

“Karvan-Yevlax” bu gün Azərbaycan Premyer Liqasının 15-ci turunda “İmişli” ilə qarşılaşır. Quba Olimpiya stadionunda keçirilən qarşılaşma hazırda 0:0 hesabı ilə davam edir.

Premyer Liqanın turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan Yevlax təmsilçisinin rəhbərliyi oyunçularına hətta, heç-heçə edəcəkləri təqdirdə belə,mükafat vəd edib.

Komanda.az-ın əldə etdiyi məlumata görə, oyunda bərabərlik qeydə alınacağı halda hər futbolçuya təxminən 3-5 min manat arası mükafat vəd edilib.

“Karvan-Yevlax” Azərbaycan Premyer Liqasının 14 turundan sonra 5 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button