Karrikdən gələcəyi ilə bağlı açıqlama

“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik komandasının “Liverpul” üzərində qazandığı qələbədən (3:2) sonra gələcəyi ilə bağlı danışıb.

Dünən keçirilən qarşılaşmada əldə olunan uğur “qırmızı şeytanlar”a vaxtından əvvəl UEFA Çempionlar Liqası vəsiqəsini təmin edib. Bununla belə, mövsümün sonunda Karrikin komandada qalıb-qalmayacağı hələ də qeyri-müəyyəndir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis bu barədə danışarkən gözləmək lazım olduğunu deyib:

“Qalsam və ya getsəm, məyus olaram? Gözləmək lazımdır. Mən gələndə Çempionlar Liqasına qayıdış perspektivi kifayət qədər uzaq görünürdü. İndi isə mövsümün bitməsinə üç tur qalmış bu hədəfə çatmağımız böyük nailiyyətdir. Amma bu, sadəcə bir addımdır və biz bunu həddindən artıq qeyd etməyəcəyik. Nə baş verəcəyindən asılı olmayaraq, klub və futbolçular üçün ən yaxşısını etməyə çalışacam. Gözləyək, görək nə olacaq”.

Karrik “Mançester Yunayted”in “sükanı arxasına” bu ilin yanvarında keçib və bu postda Ruben Amorimi əvəzləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button