
DÇ-2026: Keçmiş futbolçu Tuxeli tənqid etdi
İngiltərə millisinin sabiq futbolçusu Ceymi Karrager, ölkəsinin millisinin dünya çempionatının yarımfinalında Argentina yığmasına 1:2 hesablı məğlubiyyətindən sonra baş məşqçi Tomas Tuxeli tənqid edib.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, o, bunu deyib:
“Tuxel milli komandaya vacib oyunlarda fərq yaratmaq üçün gətirilib. O, bu fərqi Argentina millisinə qarşı son matçda göstərə bilmədi. Əvəzetmələr və taktiki dəyişikliklər yarımfinaldakı məğlubiyyətin əsas səbəblərindən biri oldu. Bu, İngiltərə yığması üçün yarımfinalın çox ağır sonluğu idi”.
İngiltərə millisi oyunun son dəqiqələrində iki qol buraxaraq, Argentina yığmasına 1:2 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



