Kapitan milli karyerasını bitirəcəyi vaxtı açıqladı

İsveç yığmasının kapitanı Andreas Qranqvist millidəki karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

Komanda.az xəbər verir ki, 33 yaşlı müdafiəçi, bu barədə yerli mətbuata açıqlamasında deyib. O, AÇ-2020-dən sonra milli karyerasını bitirəcəyini bildirib.

Karyerasını İsveçin “Helsinqborq” klubunda davam etdirən Qranqvist, “Viqan”, “Cenoa”, “Krasnodar” kimi komandalarda da çıxış edib.

2006-cı ildə İsveç millisində debüt edən Qranqvist, yığmada 80 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button