“Kəpəz”in məşqçisi 5 oyunluq cəzalandırıldı

Əvəzedicilər Liqasının 26-cı turunun “Kəpəz-2” – “Neftçi-2” matçında Gəncə təmsilçisinin məşqçisi Orxan Verdiyev hakimə təzyiq göstərməyə cəhd etdiyinə görə AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb.

Komanda.az xəbər verir ki, o, oyunun 76-cı dəqiqəsində hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldıqdan sonra ona təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyunluq cəzalanıb. “Kəpəz-2” komandası isə 400 manat cərimə olunub.

“Kəpəz-2”nin azarkeşləri hakimin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyinə və bu, cari mövsümdə ilk dəfə yaşandığına görə kluba xəbərdarlıq edilib. Həmçinin oyunda topdaşıyanların say limiti pozulduğuna görə “Kəpəz-2” 80 manat cərimələnib.

Bununla yanaşı, xərəkdaşıyanların say limiti pozulduğu üçün “Kəpəz-2” 80 manat cərimə edilib. Gəncə klubunun 5 futbolçusu sarı vərəqə aldığı üçün daha 70 manat ziyana düşüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button