“Kəpəz”də yeni hücumçu – Rəsmi

“Kəpəz” daha bir legioner futbolçu transfer edib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, gəncəlilər bu dəfə hücum xəttini gücləndiriblər.

Ötən gün qapıçı İqor Rodrigeslə anlaşan bölgə təmsilçisi bu dəfə malili Adama Nianeni heyətə cəlb edib. 30 yaşlı forvard yeni klubu ilə mövsümün sonuna qədər müqavilə bağlayıb.

Adama Niane son olaraq İranın “Nassaji” klubunda çıxış edib. O, daha əvvəl Fransa və Belçikada legioner həyatı yaşayıb. Futbolçu 2017-2019-cu illərdə Mali millisinin heyətində 7 matçda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button