“Yuventus” Ronaldonu satmaq istəyir

İtaliyanın “Yuventus” klubu yayda futbolçusu Kriştiano Ronaldonu sata bilər.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, Turin təmsilçisi portuqaliyalı hücumçu ilə müqaviləni yeniləmək niyyətində deyil.

“Yuventus”un Ronaldonu satmaq istəməsinin səbəblərindən biri də 35 yaşlı hücumçunun yüksək məvacibidir. Portuqaliyalı futbolçu illik 31 milyon avro qazanır.

Ronaldonun “Yuventus”la müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button