İtaliya klubunun futbolçusunda koronavirus aşkarlandı

İtaliyanın “Torino” klubunun futbolçusu Simone Verdi koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə 29 yaşlı yarımmüdafiəçinin həyat yoldaşı məlumat yayıb.

Verdinin koronavirus testi müsbət çıxıb və o, karantinə alınıb.

Daha əvvəl “Napoli”, “Milan”, “Empoli” kimi klublarda çıxış edən Verdi 2020-ci ilin sentyabrından “Torino”nun uğurları üçün çalışır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button