A Seriyasına yüksələn klub təhlükə ilə üz-üzə – ya satılmalıdır, ya da…

İtaliyanın “Salernitana” klubu 21-ci əsrdə ilk dəfə A Seriyasına yüksəlib.

Komanda.az xəbər verir ki, B Seriyasını 2-ci sırada tamamlayan Salerno təmsilçisi yeni mövsümdə A Seriyasında iştirak etmək hüququ qazanıb.

“Salernitana” klubunun sahibi, eyni zamanda “Latsio”nun da rəhbəri olan Klaudio Lotitodur. İtaliya Futbol Federasiyasının qaydalarına görə, bir şəxsin iki və daha çox klubu A Seriyasında iştirak edə bilməz. Lotito “Salernitana”nın yüksək liqada iştirakı üçün klubu 30 gün ərzində satmalıdır.

Klub satılmasa, “Salernitana” A Seriyasına buraxılmayacaq.