Ançelottinin yerinə 3 namizəd

İtaliyanın “Napoli” klubu baş məşqçisi Karlo Ançelotti ilə yollarını ayıra bilər.

Komanda.az xəbər verir ki, artıq yerli mətbuat Ançelottinin əvəzinə üç namizədin adını açıqlayıb. Bunlar Massimiliano Alleqri, Cennaro Qattuzo və Edoardo Reyadır. Alleqri və Qattuzo hazırda işsizdir, Reya isə Albaniya millisini çalışdırır.

İtaliya A Seriyasında son turlarda uğursuz çıxış edən “Napoli” 7-ci sırada qərarlaşıb və lider “İnter”dən 17 xal geridədir.